AZ

ABŞ İranın nüvə proqramının ləğvi ilə bağlı çağırış edib

ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, İranın nüvə proqramı, o cümlədən uranın zənginləşdirilməsi və plutonium emalı üzrə bütün obyektlər tamamilə ləğv edilməlidir.

“İki sahil” xəbər verir ki, o, bunu Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) illik konfransında deyib.

"Əgər bu əvvəllər kifayət qədər aydın olmayıbsa, ABŞ-nin İranla bağlı mövqeyini təkrarlayıram. İranın silah yaratmağa aparan nüvə yolu, o cümlədən uranın zənginləşdirilməsi və plutonium emalı üzrə bütün obyektlər tamamilə ləğv edilməlidir", - K.Rayt vurğulayıb.

Seçilən
0
3
ikisahil.az

4Mənbələr