AZ

Paytaxtdakı 261 nömrəli məktəb-liseydə Bilik Günü qeyd olunub

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 261 nömrəli məktəb-liseydə Bilik Günü ilə bağlı tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə məktəb-liseyin şagird və müəllim kollektivi, valideynlərlə yanaşı, ötən ilin məzunları da iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəb-liseyin direktoru Könül Məmmədli təhsil ocağının ötən tədris ilindəki nailiyyətlərindən danışıb, yeni tədris ilində hər kəsə uğurlar arzulayıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıb, müəllim və şagirdlərə uğurlar arzulayıblar. Bildirilib ki, BŞTİ tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 505 mindən artıq şagirdin təhsil alacağı gözlənilir. Ümumi təhsil müəssisələrində ilk dərslər “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.

Tədbirdə iştirak edən qonaqlar, həmçinin ilk dərs prosesini də izləyiblər.

 

 

Seçilən
17
azertag.az

1Mənbələr