AZ

Bu şəxslər 2500 manatadək cərimənə bilər

Metbuat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Restoranlarda və digər ictimai məkanlarda axşam saatlarında keçirilən doğum günü və toy mərasimlərində fişənglərdən istifadə olunur. Bəs belə məkanlarda fişəng atılması qanunidirmi?

Hüquqşünas Esmira Rzayeva Metbuat.az-a açıqlamasında bildirib ki, restoran və ya ictimai məkanlarda icazəsiz fişəng atmaq qanunsuzdur:

“Azərbaycanda restoran və ictimai məkanlarda fişəng (pirotexniki vasitə) yalnız əvvəlcədən icazə alındıqda və təhlükəsizlik tədbirləri görüldükdə istifadə oluna bilər. Əks halda, atılması qadağandır. Belə hallar inzibati məsuliyyətə, bəzi hallarda isə cinayət məsuliyyətinə səbəb ola bilər. Fişənglər yalnız Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və bələdiyyədən alınmış xüsusi icazə ilə istifadə edilə bilər. Onların təhlükəsizlik zonalarında, yaşayış ərazilərində, qapalı məkanlarda və meşə, yanğın təhlükəsi olan sahələrdə istifadəsi qadağandır. Restoranlarda və ya toy məkanlarında qapalı sahədə fişəng atılması isə ağır hüquqi pozuntu sayılır. Əgər fişəng yanğına, xəsarətə, əmlak ziyanına və ya ictimai təhlükəyə səbəb olarsa, Cinayət Məcəlləsinin müvafiq maddələri, məsələn 187, 221 və 314-cü maddələr tətbiq edilə bilər”.

Hüquqşünasın sözlərinə görə, icazəsiz pirotexniki vasitələrin istifadəsi fiziki, vəzifəli və hüquqi şəxslər üçün cərimə ilə nəticələnir:

“İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsinə əsasən, silah, zəhərləyici və ya partlayıcı maddələr, döyüş sursatı, xüsusi vasitələr, narkotik və psixotrop maddələr, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların gəzdirilməsi, əldə edilməsi və satılması ilə bağlı qadağaların pozulmasına görə fiziki şəxslər 150 manatdan 250 manata qədər cərimə olunur. Hallara görə bu tədbirlər kifayət etmədikdə bir aya qədər inzibati həbs tətbiq edilə bilər. Vəzifəli şəxslər 350 manatdan 600 manata qədər, hüquqi şəxslər isə 1500 manatdan 2500 manata qədər məbləğində cərimə oluna bilərlər”.

Ülkər Cəlilzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
1
metbuat.az

2Mənbələr