AZ

Nazir azad edilmiş bölgələrdə təhsil infrastrukturunun yenidən qurulmasının önəmindən danışıb

Bakı. Trend:

Sentyabrın 15-də elm və təhsil naziri Emin Əmrullayev Ağdamrayonunda yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam ortaməktəbində olub.

Trendxəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumatyayıb.

Bildirilib ki, işğaldan azad edildikdən sonra bu il ilk dəfətədris prosesinə başlayan məktəbdə nazir dərs gedişatını izləyib,şagird və müəllim heyəti ilə görüşərək onlarla söhbət aparıb.

Görüş zamanı Emin Əmrullayev şagirdləri yeni dərs ilində uğurlarəldə etməyə, müəllimləri isə gənc nəslin bilik və bacarıqlarınıninkişafına töhfə verməyə səsləyib. Nazir həmçinin işğaldan azadedilmiş bölgələrdə təhsil infrastrukturunun yenidən qurulmasınınönəmini vurğulayıb.

Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cüilin aprelində Azərbaycan və Qırğızıstan prezidentləri tərəfindənqoyulub. Xıdırlı kənd tam orta məktəbində 2025-2026-cı tədrisilində 123 şagird təhsil alacaq. Onlardan 11 nəfəri birinci sinifşagirdidir. 9 uşaq isə məktəbəhazırlıq qruplarında təhsilə cəlbolunub.

Seçilən
6
14
az.trend.az

10Mənbələr