AZ

“Sabah”ın legioneri 2 həftə oynaya BİLMƏYƏCƏK

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Sabah” daha bir müddət Cessi Sekidikanın xidmətindən istifadə edə bilməyəcək. Zədəli hücumçunun müalicə prosesi davam edir. Bizim.Media xəbər verir ki, 29 yaşlı nigeriyalı bu mövsüm yalnız bir matçda forma geyib. 

 

2-ci turun “Şamaxı” ilə səfər görüşündə 62-ci dəqiqədə meydana çıxan oyunçu əvvəldən kiçik olan zədəsini məhz süni örtüklü qazonda yeniləyib. “İmişli” ilə matçda adı oyunun prortokoluna salınmayan Sekidika dünən “Neftçi” ilə görüşdə də yox idi. 

Həkimlərin rəyinə əsasən hücumçunun sıraya dönməsi üçün daha 1-2 həftəyə ehtiyac var.Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
bizim.media

10Mənbələr