AZ

Heydər Əliyev və Ziya Bünyadov arasında yerləşən ərazilər və Neft Emalı Zavodu ətrafında olan ərazilər yenidən qurulacaq

Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulması həyata keçiriləcək.

Bu, Nazirlər Kabinetinin “Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, yaradılmış yeni İşçi Qrupuna tapşırılıb ki, ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etsin.

Bakı Böyükşor gölü Heydər Əliyev prospekti Ziya Bünyadov prospekti Heydər Əliyev adına Neft Emalı Zavodu yenidənqurma dövlət-özəl tərəfdaşlığı investisiya layihələri şəhərsalma təşəbbüsləri sosial-iqtisadi inkişaf Nazirlər Kabineti İşçi Qrup konseptual layihələr investisiya müqavilələri.
Seçilən
5
12
marja.az

10Mənbələr