AZ

Toydakı söhbətə görə həmkəndlisinin başını kəsdi Dəhşətli qətlin YENİ DETALLARI

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Sabirabad rayonunun Moranlı kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlu qətlə yetirilərək, başı bədənindən ayrılıb.

Dəhşətli qətlin yeni təfərrüatlar üzə çıxıb.

Kənd sakinlərinin Bakupost.az-a verdiyi məlumata görə, hadisə qətlə yetirilən 1983-cü il təvəllüdlü Rüstəm Əliyevlə qətli törətməkdə şübhəli bilinən Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əli Əliyev arasında yaranan mübahisə zəminində baş verib:

“Mübahisə həmin axşam baş verən toyda yaranıb. Orada yeyib-içəndə söhbətləri düşüb. Toydan sonra hər kəs öz evinə qayıdıb. Daha sonra Əli Rüstəmi evindən çağıraraq bıçaqlayıb və başını kəsib. Nə üstündə mübahisə etdikləri dəqiq bilinmir. Hər ikisi kənd sakini idi. Qətli törədən Sabirabaddandır, atası dünyasını dəyişəndən sonra köçüb bura gəlib. Ölən isə kənddəndir, iki övladı var. Biri əsgərlikdədir, digəri universitetə qəbul olunub. Rüstəm də, Əli də əvvəllər həbsdə olub çıxıblar. Normal adamlar idilər, xətirli, hörmətli. Sadəcə, hər kəsə təəccüblü gəlir ki, bu hadisə niyə baş verib. Hələ də dəqiq səbəbi bilinmir”.

Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Lalə Novruz,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
www.bakupost.az

3Mənbələr