AZ

Kaladze gürcü müxalifətinə xəbərdarlıq edib: “Cəzalandırılacaqlar”

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

Tiflis meri qanun pozan müxalifətçilərin həbs olunacaqlarını bəyan edib

Tiflis meri və Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının baş katibi Kaxa Kaladze müxalifətin oktyabrın 4-də yerli seçkilər günü keçiriləcək etiraz mitinqinə hazırlığı fonunda yeni həbsləri istisna etməyib. Bu barədə AYNA.AZ gürcü mediasına istinadən bildirir.

Kaladze jurnalistlərə açıqlamasında deyib: "Devirmək, çevriliş etmək, yandırmaq, asmaq təbii ki, qanunla cəzalandırılır. Kimsə belə faktlara cavab verilməyəcəyini düşünürsə, çox yanılır. Bizim çox şey haqqında məlumatımız var, konkret sübut və faktlarımız var. Gəlin bütün bunları gözləyək. Bu cinayətlərin heç biri cavabsız qalmayacaq".

O Vahid Milli Hərəkat Partiyasının Siyasi Şurasının üzvü Levan Xabeişvilinin saxlanılmasını şərh edərkən deyib ki, müxalifətçi hökumətin devrilməsinə çağırışda və rüşvətxorluqda ittiham olunur.

Qeyd edək ki, siyasətçi oktyabrın 4-də keçiriləcək mitinqi televiziyada geniş şəkildə reklam etdiyinə, bunu “dinc inqilab” adlandırdığına və yuxarıların əmrini yerinə yetirməkdən boyun qaçıran polislərə 200 min dollar mükafat vəd etdiyinə görə tutulub.

Eyni zamanda, Milli Hərəkat Partiyasının Siyasi Şurasının sədri Murtaza Zodelava saxlanılıb - Xabeişvilinin mobil telefonunu müsadirə etmək istəyən müstəntiqlərə maneçilik törətdiyinə görə.

Seçki kampaniyası başlayanda Gürcüstan müxalifətinin digər əsas fiqurları da dəmir barmaqlıqlar arxasına atılıb.

Səkkiz siyasətçi əvvəlki hakimiyyətin iddia edilən cinayətlərini araşdıran mübahisəli parlament komissiyasına ifadə verməkdən imtina etdiyi üçün 7-8 ay həbs cəzasına məhkum edilib. Prezident Mixail Kavelaşvili onlardan ikisini, Lelo Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib. Giorgi Vaşadze, Nika Qvaramiya, İrakli Okruaşvili, Zurab Caparidze, Nika Melia və Givi Tarqamadze həbsdə qalırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
ayna.az

1Mənbələr