AZ

APARAT RƏHBƏRİ VƏZİFƏDƏN GETDİ: Nazir oktyabrda yola salınacaq? GİN də nə baş verir?

ain.az, Mia.az portalına istinadən məlumat verir.

Gənclər və İdman Nazirliyinin (GİN) Aparat rəhbəri Amil Xudiyev vəzifəsindən azad edilib. 

Məlumata görə, bir neçə ay əvvəl vəzifəsindən azad olunan Amil Xudiyev universitetlərin birində müşavir vəzifəsinə təyin olunub.

Amil Xudiyevin yerinə Aparat rəhbəri vəzifəsini müvəqqəti icrası Fərid Məmmədzadəyə tapşırılıb.

Qeyd edək ki, Fərid Məmmədzadə gənclər və idman nazirinin müşaviri vəzifəsində çalışıb(qaynarinfo).

Yeri gəlmişkən, AFFA-nın sabiq baş katibi, hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsində çalışan Elxan Məmmədovun adıçəkilən quruma nazir təyin olunacağı haqda bu gün xəbər yayılıb.

Xəbərdə deyilir ki, o, oktyabrda gənclər və idman naziri təyin oluncaq, Fərid Qayıbov isə  ölkəmizdə keçiriləcək III MDB Oyunlarından sonra yola salınacaq.

Elxan Məmmədovun son günlər Azərbaycanda olması məhz bununla əlaqədardır. O, FİFA-dakı gərgin iş qrafikinə rəğmən, tez-tez Bakıya səfərlər edir və yeni işinə hazırlaşır. Qitənin ali futbol qurumu da vəziyyətdən xəbərdardır.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Mingəçevir, Göygöl, Xankəndi, Yevlax və Şəkidə keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.

Onu da qeyd edək ki, E.Məmmədov sentaybrın 8-də Qurban Qurbanovun oğlu Musa Qurbanlının toyuna da qatılıb.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
mia.az

1Mənbələr