1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Haqqında "Netflix"in sənədli film çəkdiyi və İnterpol xətti ilə axtarışda olan məşhur "Tinder" fırıldaqçısı" Saymon Levayev Gürcüstanda saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 34 yaşlı Levayev Batumi aeroportunda tutulub.
Qeyd edək ki, əsl adı Şimon Hayut olan gənc haqqında "Tinder fırıldaqçısı" ("The Tinder Swindler") sənədli filmi 2022-ci ildə yayımlanıb. Videosüjetdə qadınlar "Tinder"də onunla tanış olduqdan sonra necə aldadıldıqlarını danışırlar. Onların sözlərinə görə, Levayev özünü İsrailin almaz maqnatı Lev Levayevin oğlu kimi təqdim edir, dəbdəbəli həyat tərzi ilə etibar qazanır, daha sonra isə hədə-qorxu ilə qadınlardan pul tələb edirdi.
Ümumilikdə onun qurbanlarından təxminən 10 milyon dollar mənimsədiyi bildirilir.
Qeyd edək ki, 2019-cu ildə Levayev Yunanıstanda saxta pasportla saxlanılıb, daha sonra İsrailə ekstradisiya edilib. O, 15 aylıq həbs cəzası alsa da, cəmi 5 ayını İsrail həbsxanasında keçirib.



