AZ

Formula 1 Azərbaycan Qran prisi ərzində iki min könüllü fəaliyyət göstərəcək

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Formula 1 Azərbaycan Qran-prisi ərzində iki min könüllü fəaliyyət göstərəcək. SİA xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının İnsan resursları üzrə baş meneceri Lamiyə Şəhmədova Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi üçün Uniforma və Akkreditasiya Mərkəzinin təqdimatı ilə bağlı təşkil olunmuş tədbirdə məlumat verib.

O, mərkəzdə 140 nəfərdən çox könüllünün çalışdığını bildirib: “Könüllülərin dəstəyi nəticəsində minlərlə işçi heyəti, marşallar və təhlükəsizlik əməkdaşlarına uniforma və akkreditasiya kartları paylanılır. Yarış günlərinə qədər bu kartların hər biri paylanılacaq”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
10
sia.az

10Mənbələr