AZ

“Birinci dövrədə bir qədər bəxtimiz gətirmədi, amma sonra...”

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sonuncu dəfə mayda keçirilən Emiliya-Romanya “Qran-pri”sində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Maks Ferstappen üçün İtaliyaya növbəti səfər də uğurlu oldu. "Football-plus.az" xəbər verir ki, Montsa trassında keçirilən yarışda da hamının qabaqlayan “Red Bull” pilotu emosiyalarını bölüşüb:

“Komandamız üçün əla gün idi. Birinci dövrədə bir qədər bəxtimiz gətirmədi, amma sonra trassda, sadəcə, uçurduq. Maşını idarə etmək mənə məmnunluq bəxş edirdi. Mübarizənin ilk mərhələsində tempi qorudum, ardından vaxtında pit-stop üçün dayandıq. Bütün komanda fantastik iş gördü. Burda qalib gəlmək mənə qeyri-adi dərəcədə xoşdu”.

İtaliya mərhələsində 2-ci yeri “Maklaren”in pilotu Lando Norris, 3-cü yeri isə onun komanda yoldaşı Oskar Piastri tutub. Mövsümdə 3-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan 27 yaşlı Ferstappen (230 xal) hələ də Norrislə (293) Piastridən (324) geri qalır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
icma.az

2Mənbələr