AZ

Məşhur Tatu qrupu yenidən konsert verəcək

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir zamanların məşhur "T.A.T.U" musiqi qrupu yenidən səhnələrə qayıdır.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar Moskvada keçiriləcək konsertdən yüksək məbləğdə pul qazanacaqlar.

Dağıldıqdan sonra yenidən birləşən "T.A.T.U" qrupunun Moskva konsertindən təxminən 30 milyon rubl qazanacağı bildirilib.

Hazırda konsert biletlərinin 50%-dən çoxu satılıb.

Qrup dünya üzrə geniş miqyaslı qastrol səfərini planlaşdırır.

Xatırladaq ki, məşhur qrup 1999-cu ildə qurulub və 2011-ci ildə dağılıb. Ayrıldıqdan sonra üzvlər vaxtaşırı şəxsi çıxışlar və festivallar üçün yenidən bir araya gəliblər. Onların karyerasında əlamətdar hadisə 2003-cü ildə "Eurovision" Mahnı Müsabiqəsində iştirak edərək üçüncü yeri qazanmaları oldu.

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
azxeber.com

1Mənbələr