Operativ MM portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Şimali Koreya ilə əlaqəli olduğu iddia edilən bir haker qrupunun aralarında bir müdafiə qurumunun da olduğu Cənubi Koreya qurumlarına süni intellektdən istifadə edərək kiber hücum təşkil etdiyi irəli sürülüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Şimali Koreya hökuməti tərəfindən dəstəkləndiyi iddia edilən “Kimsuky” adlı haker qrupunun iyul ayında Cənubi Koreyadakı bəzi qurumlara kiber hücumlar təşkil etdiyi bildirilir.
Xəbərdə qeyd olunur ki, hakerlər hərbi rəsmilərə, şəxsiyyət vəsiqələrinin hazırlanması ilə bağlı yazışmalar görüntüsü altında, zərərli kodlar ehtiva edən e-poçtlar göndəriblər. Bu e-poçtlarda istifadə olunan şəxsiyyət vəsiqəsi görüntülərinin süni intellekt modeli tərəfindən yaradıldığı vurğulanır.
Hesabatda həmçinin qeyd olunur ki, süni intellekt platformaları hərbi şəxsiyyət vəsiqələrinin surətlərinin hazırlanması ilə bağlı tələbləri rədd etsə də, hakerlər bu məhdudiyyətləri aşmağı bacarıblar.
Bundan əlavə, xəbərdə Şimali Koreyanın süni intellekt xidmətlərindən, mürəkkəb və zərərli fəaliyyətlər məqsədilə istifadə cəhdlərinin artdığı da qeyd olunur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.