AZ

Millinin baş məşqçi postuna ŞOK NAMİZƏD

Azərbaycan millisinin baş məşqçi postuna sürpriz namizəd var!

 
AFFA-dan redaksiyamıza ötürülən informasiyaya görə, Fernandu Santuşdan boşalan vəzifəyə Elçin Rəhmanov təyin edilə bilər. Hər halda 3-4 gündür bu variant ciddi səviyyədə gözdən keçirilir.
 
E.Rəhmanov 2008-ci ildən «Qarabağ»da çalışır. O tarixdən bəri Qurban Qurbanovun əsas köməkçisidir.
 
Vaxtilə yığmanın formasını geyinmiş keçmiş yarımmüdafiəçi 2017-2018-ci illər aralığında burada çalışıb. Yenə də Q.Qurbanovun bir nömrəli yardımçısı kimi.
 
Federasiya rəhbərliyi əmindir ki, Q.Qurbanov ikinci dəfə geri qayıtmaq istəməz. Onun «Qarabağ»dan ayrılma ehtimalı heç kimin ağlına gəlmir.
 
Odur ki, gözlər Elçin Rəhmanova çevrilib. Qurumun bir sıra üst mənsubları bu qənaətdədir ki, o, Ağdam klubunda qalmaq şərtiylə millinin sükanı arxasına keçə bilər.
 
Komandamız DÇ-2026-nın seçmə mərhələsinə İslandiya darmadağını ilə başlayıb. Yığmamız səfərdəki görüşdə 0:5 hesabıyla uduzub.
 
AFFA bu üzdən Fernandu Santuşu istefaya göndərib. Portuqaliyalı mütəxəssislə müqaviləyə birtərəfli qaydada xitam verildiyindən, kollektivi Ukrayna ilə görüşə Ayxan Abbasov çıxarıb.
 
Sportinfo.az
Seçilən
3
9
yenilik.az

10Mənbələr