AZ

Çinin xarici işlər naziri Belarusla sərhəddəki vəziyyətlə əlaqədar Polşaya gəlib

Çinin

Çinin xarici işlər naziri Vanq Yi Varşavaya gəlib və orada Polşa rəhbərliyi ilə Belarusla sərhədin bağlanmasını müzakirə edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Polşa diplomatik agentliyinin nümayəndəsi məlumat verib.

"Digər məsələlərlə yanaşı, Belarusa sərhədinin bağlanması məsələsi müzakirə olunacaq," - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, Belarusa sərhədi, Rusiya Federasiyası ilə Çin arasındakı mal mübadiləsi yolunda mühüm bir nöqtədir. Agentliyin həmsöhbəti əlavə edib ki, Pekin həm Moskva, həm də Minsk üçün çox vacib tərəfdaşdır.

"Polşaya və daha sonra bütün Avropa İttifaqı ölkələrinə dəmiryolu ilə daxil olan məhsulların əksəriyyəti Çin mənşəlidir," – deyə o qeyd edib.

Məryəm Quliyeva

Seçilən
19
1
xalqcebhesi.az

2Mənbələr