“Azərişıq” ASC Saatlı və Sabirabadın bir sıra kəndlərində elektrik təsərrüfatının yenidən qurulması işlərini davam etdirir.
Publika.az xəbər verir ki, Saatlının Hacıqasımlı, Kamallı kəndlərində 0.4 və 10 kV-luq elektrik şəbəkələri tamamilə yeniləyib.
0.4 kV-luq metal dayaqlar əkilib, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilib. Adı çəkilən kəndlərin hər birində 6 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb.
Saatlının Nabatkənd, Çolpı, Nərimankənd, Musalı, Əlisoltanlı və Dəllər kəndlərində də layihə üzrə elektrik şəbəkələri yenilənib. Sözügedən kəndlərdə ümumilikdə 50-dək yeni güc mərkəzi yaradılıb.
Sabirabadın Əhmədabad kəndində 0.4 və 10 kV-luq köhnəlmiş dayaqlar yeni metal dayaqlarla əvəz olunur. Həmçinin 0.4 kV-luq ÖİN kabel xətti çəkilir, sayğaclar yenilənir. Kənddə 9 ədəd müasir tipli KTM-in quraşdırılması nəzərdə tutulub.