Dünyanın ən gözəl futbolçularından biri hesab olunan “Bruklin” klubunun üzvü Ana Mariya Markoviç yenidən sosial şəbəkələri fəth edib.
Publika.az xəbər verir ki, 25 yaşlı qadın futbolçu Nyu-York Moda Həftəsində qara donla çəkilən görüntülərini paylaşaraq azarkeşlərini heyran qoyub. Hücumçu həmin fotoları “Instagram”da 2,9 milyon izləyicisi ilə bölüşüb.
Xorvatiyalı ulduzun azarkeşləri dərhal şərhlər bölməsinə axışıb.