AZ

"Neftçi" və "Qarabağ"da işləmiş mütəxəssis İngiltərə klubundan qovuldu

İngiltərənin "Şeffild Yunayted" klubu 3 ay öncə müqavilə imzaladığı baş məşqçini - vaxtilə "Neftçi" və "Qarabağ"da köməkçi məşqçi qismində çalışmış Ruben Sellesi istefaya göndərib.

Fanat.Az xəbər verir ki, məlumatı Çempionşip klubunun mətbuat xidməti yayıb. 

42 yaşlı ispaniyalı mütəxəssislə iyunda 3 illik müqavilə imzalanmışdı.

Qeyd edək ki, "Şeffild Yunayted" bu mövsüm Çempionşipdə keçirdiyi 5 turda xal qazana bilməyib. Komanda 1 qol vurub, 12 qol buraxıb və turnir cədvəlində 24 komanda arasında sonuncu yerdə qərarlaşıb.

Seçilən
38
2
fanat.az

3Mənbələr