AZ

“Azərbaycan və Ermənistan vətəndaşları bir biri ilə təmasda olmayacaq” ESKPERT ŞƏRHİ

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son vaxtlar Azərbaycan ilə Ermənistan arasında normallaşdırma məsələləri diqqət mərkəzindədir. Zəngəzur dəhlizinin açılması da gündəmdən qaçmır.

Bu proses həm nəqliyyat, həm enerji infrastrukturunun bərpasına xidmət edir. Eyni zamanda vətəndaşların hərəkətinin asanlaşdırılması ilə bağlı fikirlər də irəli sürülür.

Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev mövzunu belə şərh edib:

“Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılmasından əvvəl baş verəcək. Bu proseslər çərçivəsində paralel olaraq Türkiyə ilə Ermənistan arasında dəmir yolu və avtomobil yollarının açılması da nəzərdə tutulur və işlər kifayət qədər sürətlə davam edir. Ermənistan əvvəlki illərlə müqayisədə bu məsələdə daha istəkli görünür.

Türkiyə nümayəndə heyətinin Ermənistan ərazisinə səfəri və Azərbaycan ilə Ermənistan nümayəndələrinin Zəngəzur dəhlizindən keçəcək ərazilərdə görüşləri proseslərin müsbət məcrada inkişaf etdiyini göstərir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın təklifləri Ermənistan tərəfindən qəbul olunub:

“Əks halda, Azərbaycan ilə Ermənistan arasında bu gün müşahidə olunan proseslər bu qədər sürətli davam etməzdi. Ərazidən keçən şəxslərin kimliyi və hansı ölkənin vətəndaşı olduqları yoxlanılmalıdır. Bunun üçün müxtəlif texnoloji üsullar tətbiq olunacaq.

Məsələn, şəxsiyyət vəsiqəsinin süni intellektlə idarə olunan turniket sisteminə yaxınlaşdırılması ilə vətəndaşın hansı ölkəyə aid olduğu avtomatik müəyyən ediləcək. Heç bir halda Azərbaycan vətəndaşı ilə Ermənistan vətəndaşı arasında birbaşa fiziki təmas və yoxlama olmayacaq. Onların yükü, avtomobili və əl çantası yoxlanılmayacaq. Bu birmənalı istisnadır.

Digər ölkələrin vətəndaşları ərazidən keçəcəksə, onların yoxlanışı xüsusi qaydada – ABŞ-ın özəl şirkətinin əməkdaşları tərəfindən həyata keçiriləcək”.

Ə.Verdiyev onu da qeyd edib ki, Zəngəzur dəhlizinin 99 il müddətinə ABŞ-a icarəyə verilməsi Azərbaycan vətəndaşlarının doğma yurdları olan Qərbi Azərbaycana qayıdışı üçün müsbət imkanlar yaradacaq.

“ABŞ-ın nəzarətində olan ərazilərdə soydaşlarımızın təhlükəsizliyi təmin olunacaq ki, bu da ölkəmiz üçün daha məqbul hesab edilə bilər”-deyə o, əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
icma.az

1Mənbələr