AZ

Bu rayon tütünçülük sahəsində imkanlarını artırır

ain.az, 525.az portalına istinadən məlumat verir.

Son onilliklərdə bölgələrimizin sürətli tərəqqisinə təminat yaratmış Azərbaycanın regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları yerlərdə aqrar sahənin yüksəlişinin çoxşaxəli və çevik istehsal, təsərrüfatçıların  maraqlarının önə çıxarılması  prinsipləri üzərində qurulması üçün də geniş imkanlar açıb.

525.az xəbər verir ki, Respublikanın qərb bölgəsini iri rayonlarından olan Goranboyun aqrar sektorunda  tütünçülüyün xüsusi çəkisinin artması da bu yanaşmanın təzahürlərindəndir.

Yaxın vatlaradək rayonun Qarqucaq, Zeyvə, Şəfəq, Yenikənd  və Qaraçinar kəndlərində, ümumən yalnız  8 hektar sahədə tütün becərilirdi. Cari ildə tütünçülük  üçün imkanlar əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, Aşağı Ağcakənd qəsəbəsi ərazisində 2,5 hektara yaxın sahədə toxumçuluq üzrə 14 istixana qurulub. Bu istixanalarda müasir üsullarla xaricdən gəririlən toxumlar əsasında məhsuldar şitillər becərilir və fermerlərə verilir.

Cari mövsüm üçün 291 hektar sahəni əhatə edən torpaq sahəsində mülkiyyətçilər ilə bağlanmış müqavilə əsasında tütün əkini həyata keçirilib. Əkin sahələri müasir suvarma sistemləri ilə təchiz olunub ki, bu da su ehtiyatlarından səmərəli istifadəni və məhsuldarlığın artırılmasını təmin edir. Əkin üçün istifadə olunan toxum sortu məhsuldar “Virciniya NC291”dir.

Goranboy rayonunda hazırda 187 ha sahədə məhsul yığımı aparılır, bu günədək 344 ton yaş məhsul toplanılıb.

Rayonun rəhbəri Məhərrəm Quliyev və aidiyyəti məsul şəxslər sahələrdə tütün yığımının gedişi ilə tanış olublar.

Tütün yığımı davam etdirilir və cari məhsul ilində yüksək nəticə gözlənilir.

Zakir Muradov,

Goranboy - Gəncə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
525.az

1Mənbələr