AZ

İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur

Dələduzluq etməkdə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini V.A. və tanışı T. B. cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsində prosesə çağırıldıqları halda iştirak etməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Oktyabrın 20-də keçirilməsi nəzərdə tutulan növbəti iclasda ifadəsi alınmayan şahidlərin iştirakı gözlənilir.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən kimi Gədəbəy rayon sakini C.M. tanınır. İttihama görə, təqsirləndirilən şəxslər C.M.-ni Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. T.B. bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
10
10
tribunainfo.az

10Mənbələr