AZ

Sançes: Müharibələr bitənədək bunlar Rusiya və İsrailə qadağan edilməlidir

BAKI, 15 sentyabr. TELEQRAF

“Qəzza zolağı və Ukraynada müharibələr bitənə qədər İsrail və Rusiya idmançılarını beynəlxalq yarışlarda iştirakdan məhrum etmək lazımdır”.

Teleqraf xəbər verir ki, bunu İspaniya Baş naziri Pedro Sançes deyib.

“Mövqeyimiz aydındır: vəhşilik dayanana qədər nə Rusiya, nə də İsrail qarşıdan gələn beynəlxalq yarışlarda iştirak etməlidir”, - İspaniya hökumətinin başçısı X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Sançes bundan əvvəl Avropa İttifaqını İsrail və Rusiyaya münasibətindəki ikili standartları tənqid etmişdi.

Seçilən
16
teleqraf.com

1Mənbələr