AZ

Rusiyanı “təcavüzkar” adlandırdı - İlk dəfə

ABŞ Prezidenti Donald Tramp ilk dəfə Rusiyanı Ukraynadakı müharibə ilə bağlı “təcavüzkar” adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Politico” yayıb. 
Bildirilib ki, dünən Rusiya və Ukrayna qoşunlarının itkiləri barədə jurnalistlərə açıqlama verən Tramp deyib: “Bu həftə ərzində hər iki tərəfdən 8000 əsgər həlak olub. Rusiya tərəfində itkilər bir qədər çoxdur, lakin təcavüzkar olanda, daha çox itirirsən”.
Qeyd edək ki, ABŞ lideri əvvəllər Ukraynadakı müharibə ilə bağlı Rusiyanı tənqid etməkdən imtina edirdi.
Seçilən
25
yenilik.az

1Mənbələr