Mərkəzi Bank “Hacıoğlu Kredit İttifaqı” MMC-yə, “Stimul” Kredit İttifaqı MMC-yə və “İnci Kredo” Kredit İttifaqı MMC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumatlar yayıb.
Qeyd edilib ki, “Hacıoğlu Kredit İttifaqı” MMC, “Stimul” Kredit İttifaqı MMC-yə və “İnci Kredo” Kredit İttifaqı MMC tərəfindən 2025-ci ilin II rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Hacıoğlu Kredit İttifaqı” MMC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.
.