AZ

Nizamidəki bu küçədə yol nişanı ağacın arxasında gizlənib, dairə yoxa çıxıb VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxt küçələrinin bəzilərində yol nişanlarının və yol infrastrukturunun, eləcə də hərəkətin təşkilinin yaratdığı çətinliklər sürücülərin ya vaxtaşırı cərimələnməsinə, ya da ağır qəzalara səbəb olur.

Avtosfer.az xəbər verir ki, Bakının Nizami rayonunda Məhsəti Gəncəvi, şirin Mirzəyev və Nəsimi küçələrinin kəsişməsində sürücülərin yol-nəqliyyat hadisəsi törətməsi üçün münbit şərait yaranıb.

Belə ki, Məhsəti Gəncəvi küçəsindən üç küçənin kəsişməsindəki ağ boya ilə çəkilən dairəyə yaxınlaşarkən ağacların yarpaqları arasındakı “STOP” nişanı sürücüləri çaşbaş salır. Yalnız dairəyə daxil olana yaxın görülməsi mümkün olan nişan əslində sürücülərin tamamilə avtomobili dayandırmasını tələb edir. Bu nişanın qarşısında avtomobil sürətini tamamilə dayandırmayan sürücülər 100 manat 3 balla cərimə edilir.

Bununla yanaşı, sürücünün kəsişmədəki varlığı ilə yoxluğu bilinməyən dairəyə daxil olması məsələsi də ayrıca problemdir. Sürücü silinən dairə işarəsini və yarpaqların arxasındakı “STOP” nişanını görmür və kəsişməyə daxil olur. Nəticə isə bəzən ağır qəza olur.

Sürücülər Nizami rayonundakı bu dairə və yol nişanı ilə bağlı vəziyyətin təcili şəkildə düzəldilməsini aidiyyəti qurumlardan tələb edirlər.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
avtosfer.az

1Mənbələr