AZ

İqtisadçı: Sülh şəraiti region ölkələrinə yeni iqtisadi imkanlar vəd edir

“Müharibənin sona çatması və sülh sazişinin imzalanması Cənubi Qafqazda iqtisadi proseslərə, ticarət əlaqələrinə və tranzit imkanlarına ciddi müsbət təsir göstərəcək”. 

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O, bildirib ki, region dövlətlərinin bir-birlərinə ərazilərini açması təkcə mal dövriyyəsinin və ticarətin artmayacaq:

“Eyni zamanda ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradacaq. Bu proses həmçinin regional tranzit yollarının inkişafını stimullaşdıracaq. Logistika imkanlarını artıracaq və ümumilikdə bölgədəki bütün ölkələrə fayda verəcək. Xüsusilə də Azərbaycan və Ermənistan arasında səmərəli iqtisadi əməkdaşlıq formatlarının qurulması hər iki tərəf üçün müsbət dividendlər vəd edir. Sülh şəraitində qarşılıqlı etimad və əməkdaşlıq mühiti regionda dayanıqlı iqtisadi artımın, sosial rifahın və uzunmüddətli sabitliyin əsasını təşkil edə bilər. Bu, həm regional inteqrasiyanı dərinləşdirəcək, həm də Cənubi Qafqazın beynəlxalq ticarət və nəqliyyat marşrutlarında önəmini daha da artıracaq”.

Leyla Turan
Demokrat.az
Seçilən
9
1
demokrat.az

2Mənbələr