BAKI, 15 sentybar. TELEQRAF
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura səviyyəsində dərs günlərinin sayı artırılıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq universitetdən məlumat verilib.
Bildirilib ki, bu ildən etibarən yalnız UNEC-də deyil, ümumilikdə respublika üzrə magistratura səviyyəsində dərs saatları həftəlik 12 saata yüksəldilib.
Bu səbəbdən magistrantlar həftədə üç dəfə dərsə gəlməlidirlər.
Dəyişiklik magistratura təhsilinin təsnifat standartlarına əsasən həyata keçirilib.