AZ

“4-lər finalı” yenə Afinada olacaq

Basketbol üzrə Avroliqanın 2025/26 mövsümünün “4-lər finalı” Afinada keçiriləcək.

Bununla bağlı xəbəri turnirin mətbuat xidməti yayıb. Oyunlar 18 mindən artıq tamaşaçı tutan “Telekom Sentr”də keçiriləcək. Yarımfinal oyunları mayın 22-nə, final matçı isə mayın 24-nə planlaşdırılır.

Xatırladaq ki, Yunanıstan paytaxtı 2007-ci ildə də “4-lər finalı”nı qəbul edib. Onda həlledici görüşdə yerli “Panatinaikos” Rusiya ÇSKA-sına qalib gəlmişdi (93:91).

Seçilən
49
1
football-plus.az

2Mənbələr