AZ

Zelenski-Putin görüşü barədə Kiyevdən açıqlama: Müharibə başa çatmaq üzrədir

BAKI, 15 sentyabr. TELEQRAF

“Ukraynada müharibə başa çatmaq üzrədir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fedir Venislavski deyib.

“Müharibənin sona çatdığı açıq görünür, bəziləri bunu qəbul edir, bəziləri yox. Amma bu istiqamətdə gedirik”, - deputat bildirib.

Venislavskinin sözlərinə görə, bunu xüsusilə ABŞ Prezidenti Donald Trampın bəyanatları göstərir: “Amerika lideri başa düşür ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Putin arasında danışıqlarda onun şəxsi iştirakı olmadan bu proses davam etməyəcək. O, öz səylərinin məhz bu vektorunu gücləndirməyə hazırdır. Növbəti görüş yalnız üçtərəfli formatda ola bilər”.

Ukraynalı deputat əlavə edib ki, Zelenski ilə Putin arasında ikitərəfli görüş heç bir nəticə verməyəcək:

“Putin bizim prezidentimizə nifrət edir, prezidentimiz də xalqımıza bu qədər əzablar gətirən Putini qəbul etmir. Ona görə də dünən Donald Trampın bəyan etdiyi bu (üçtərəfli) görüşün, düşünürəm ki, hərbi əməliyyatların sonunu və sülhü yaxınlaşdırmaq imkanları var”.

Seçilən
9
teleqraf.com

1Mənbələr