AZ

Xankəndidə baş verən təxribat ciddi siqnaldır


"Ötən gün Xankəndi şəhərinin 58 yaşlı erməni əsilli Karen Avanesyan adlı sakininin terror cəhdinin qarşısının hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayıqlığı nəticəsində alınması iki həqiqəti bir daha ortaya qoydu. Azərbaycan dövlətinin gücü, təhlükəsizliyinin etibarlı təmini və ermənilərin dəyişməyən xislətlətləri".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov səsləndirib. Onun sözlərinə görə, əgər bu terror baş tutsaydı böyük dağıntılara və insan itkilərinə gətirib çıxarardı:

"Ermənistan-Azərbaycan arasında normallaşma və sülh prosesinin 8 avqustdan sonra yeni fazaya keçməsinin ardından baş verən bu təxribatı təkcə xarici destruktiv qüvvələrin və daxildəki revanşistlərin ayağına yazmaqla kifayətlənmək olmaz. Buna erməni cəmiyyətinin və erməni millətinin əsrlər böyü zehinlərinə yeridilən, onlara aşılanan xəstə təbliğatın və ideologiyanın doğurduğu hal kimi də yanaşılmalıdır. Hər nə qədər erməni baş naziri Paşinyan və komandası qonşuları Azərbaycan və Türkiyə ilə sülhdən, normallaşmadan, əlaqələrin bırpa olunmasından danışsalar da erməni erməniliyində qalır. Onun türkə patoloji nifrəti terrorçu, zorakı, düşmənçi zehniyyəti, radikal və şovinist millətçiliyi dəyişməz qalıb".

Əli Orucov hesab etmir ki, baş verən təxribatın Bakı və İrəvan arasında aparılan proseslərə hansısa təsiri olsun:

"Lakin bu ciddi siqnaldlr. Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ermənilər həmişə təhdid yaradıblar. Pozuculuq ediblər. İndi də eyni ssenarini qurub və həyata keçirməyə çalışırlar. Fərq ondadır ki, indi bunları etməyə qoymayan, meydanlarını daraldan Azərbaycan və Türkiyə birliyi var".

Süleyman
Seçilən
19
1
newscenter.az

2Mənbələr