Birləşmiş Ştatların prezidenti Donald Tramp 19 sentyabrda Çin Xalq Respublikasının prezidenti Si Cinpin ilə danışacağını açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerikanın lideri öz sosial şəbəkəsi Truth Social-da yazıb.
"Cümə axşamı, mən Si ilə danışacağam. Əlaqələr hələ də çox möhkəmdir!" – deyə o qeyd edib.
Onun sözlərinə görə, Pekin və Vaşinqton ABŞ-dakı gənclərin çox istədiyi bir şirkətin xilas edilməsi ilə bağlı razılığa gəliblər.
Məryəm Quliyeva