AZ

Türkiyə uduzdu, ən çox israillilər sevindi: Bundan böyük xoşbəxtlik yoxdur

AvroBasket 2025-in finalında Türkiyənin milli basketbol komandası Almaniyaya 88:83 hesabı ilə uduzaraq gümüş medal qazanıb.

Publika.az xəbər verir ki, "ay-ulduzlular"ın məğlubiyyətindən sonra israilli istifadəçilər sosial şəbəkə platforması "X" üzərindən Türkiyə yığmasını və baş məşqçi Ergin Atamanı hədəf alan təxribat xarakterli paylaşımlar ediblər.

İsrail mətbuatında “Atamanı aciz vəziyyətdə görməkdən daha böyük xoşbəxtlik yoxdur” başlıqlı yazı dərc edilib və "X" üzərindən edilən bəzi şərhlərə də yer verilib. Şərhlərdə belə ifadələr yazılıb: “Ataman çempionluğu itirdi”, “Atamanın uduzduğunu görməkdən böyük xoşbəxtlik yoxdur. Türklərin adı silinəcək”, “Atamanın üzüntüsü ilə bitən hər basketbol gecəsi möhtəşəm bir gecədir”, “Ataman və gözyaşları”.

Heybət

Türkiye

Seçilən
22
publika.az

1Mənbələr