BAKI, 15 sentyabr. TELEQRAF
“Corc Soros bəşəriyyətə qarşı çoxsaylı cinayətlər törədib”.
Teleqraf xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask deyib.
“Soros bəşəriyyətə qarşı çoxsaylı və müxtəlif cinayətlər törədib”, - iş adamı sosial media hesabında yazıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Corc Sorosun məsuliyyətə cəlb edilməli olduğunu açıqlamışdı. Amerika artıq bununla bağlı araşdırmanın aparılacağını da söyləmişdi.