AZ

Qalmaqallı serialdan iddialara CAVAB

RTÜK-ün "Kızılcık Şerbeti" serialı ilə bağlı araşdırma başladığını elan etməsinin ardından serialın prodüseri "Gold Yapım" rəsmi açıqlama yayıb.

Milli.Az xəbər verir ki, şirkət bəyan edib ki, serialda ailə institutuna və türk cəmiyyətinin dəyərlərinə qarşı heç bir hücum və ya hörmətsizlik yoxdur:

"Üç mövsümdür ki, 'Kızılcık Şerbeti' serialımızda ailə və türk cəmiyyətinin qədim dəyərlərinə qarşı ən kiçik bir hücum olmayıb və ola da bilməz. Hekayələrdə bəzən şişirtmələr olsa da, bu, ictimai dəyərlərə hörmətsizlik kimi qəbul edilməməlidir", - açıqlamada bildirilib.

Prodüserliyin açıqlaması sosial mediada geniş müzakirə olunub. RTÜK-ün başladığı araşdırma isə hələ davam edir.

Milli.Az

Seçilən
19
1
milli.az

2Mənbələr