“Geniş Ailə” serialındakı “Cevahir” obrazı ilə tanınan məşhur aktyor Ufuk Özkanın Beşiktaşdakı evində intihara cəhd etdiyi iddia edilib.
News365.az-ın xəbərinə görə, aktyor yaxınlarının ihbarı əsasında xəstəxanaya yerləşdirilib.
Ekol TV isə Ufuk Özkanın vəziyyətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, iki il əvvəl qaraciyər sirrozuna yoluxan və müalicə alan Ufuk Özkan son aylarda keçmiş həyat yoldaşı ilə aliment qalmaqalı səbəbindən gündəmdə idi. O, aliment məbləğinin 45 min TL-dən 3 dəfə artırılmasına etiraz etmiş və “Mən ayda 114 min lirə qazanmıram ki” sözləri ilə reaksiya vermişdi.
Aktyor daha əvvəl də gəlirinin azaldığını vurğulayaraq, “Kirayəmi belə çətinliklə ödəyirəm. Sağlamlığım üçün seriallarda çəkilmirəm, teatrla məşğulam” demişdi.
Ufuk Özkan bir müddət əvvəl TRT ilə əməkdaşlıq edəcəyini açıqlamışdı.
News365.az