AZ

Azər Bağırov Benfika Qarabağ oyunundan nə gözləyir?

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sabah azərbaycanlı futbolsevərlərin bütün diqqəti Portuqaliyada olacaq. Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparmaq hüququ qazanan "Qarabağ" Bakı vaxtı ilə 23:00-da Lissabonda "Benfika" ilə üz-üzə gələcək. "Araz-Naxçıvan" və "Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırovla əlaqə saxlayıb oyundan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Fənərbağça" ilə pley-off mərhələsində keçirdiyi oyunlarda "Benfika"nın çox yaxşı müdafiə oldunduğunu gördük. Rəqib demək olar ki, müdafiə planında risk etməyi sevmir. Portuqaliya təmsilçisinin qol vurmaq bacarığı da çox yaxşı səviyyədədir. "Fənərbağça" ilə hər iki görüşdə çox sayda qol imkanı yaratdılar. Hərçənd bu epizodların çoxundan yararlana bilmədilər. Deyərdim ki, "Benfika" çox motivasiyalı komandadır. Hətta azlıqda oynadıqları bir sıra matçlarda da hesabı öz xeyirlərinə dəyişə bilirlər. Say əskikliyi ilə mübarizə aparanda belə, oyun düzənləri pozulmur, hücumda "dişsiz" görünmürlər. "Qarabağ"ın Portuqaliyaya bir mərkəz hücumçusu ilə yollanması isə bu yöndə problemlər yarada bilər. Amma hər şeyin ən yaxşısına ümid edirəm".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
fanat.az

2Mənbələr