AZ

Azərbaycanın xarici ticarət dövriyyəsi 4% dək artıb

ain.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 32 milyard 118 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 123 milyon dollar və ya 3,6% çoxdur.   

Son 1 ildə Azərbaycanın ixracı 6,4% azalaraq 17 milyard 65 milyon ABŞ dollarına, idxalı isə 17,9% artaraq 15 milyard 52 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 2 milyard 12 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,7 dəfə az olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
banco.az

2Mənbələr