AZ

Ermənistan-Türkiyə münasibətlərində imitasiya yoxdur – Hovhannisyan

Ermənistan-Türkiyə münasibətlərində çoxlarının iddia etdiyi kimi imitasiya yoxdur.

Publika.az xəbər verir ki, bunu sentyabrın 15-də Ermənistan Milli Assambleyasında keçirilən ənənəvi brifinqlərdə hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan deyib.

Millət vəkili Ermənistan-Türkiyə münasibətlərində irəliləyişin olmaması ilə bağlı bəyanatdan təəccüblənib.

"Müzakirələr kifayət qədər müsbət atmosferdə keçdi. Türkiyənin xüsusi elçisi Serdar Kılıçla danışıqların nəticələri dərc olunmuş press-relizdə yekunlaşdırılıb. Ümid edirik ki, türkiyəli tərəfdaşlarımızla münasibətlər daha əvvəl ictimai müzakirə olunan məntiqlə inkişaf edəcək və əldə olunan razılaşmalar praktiki olaraq həyata keçiriləcək", - Hovhannisyan qeyd edib.

Seçilən
19
1
publika.az

3Mənbələr