BAKI, 15 sentyabr. TELEQRAF
2025-ci ilin ilk 8 ayında Azərbaycanın ticarət dövriyyəsi üzrə ilk beşlikdə olan ölkələr açıqlanıb.
Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkənin ticarət dövriyyəsinin 25,86%-i İtaliya ilə aparılıb. Ticarət əməliyyatları 8 milyard 305 milyon 472.21 min dollar təşkil edib.
Xarici ticarət əməliyyatlarında Türkiyə 3 milyard 844 milyon 613.72 min dollar və 11.97%-lik pay ilə ikinci sırada qərarlaşıb.
Rusiya ilə aparılmış ticarət əməliyyatları 3 milyard 345 milyon 703.43 min dollar dəyərində olub. Rusiya ilə ticarət ümumi dövriyyənin 10.42%-ni təşkil edib.
Çin 2 milyard 940 milyon 559.63 min dollar və ya 9.16%-lik pay ilə Azərbaycanın ümumi ticarət dövriyyəsində dördüncü, Almaniya isə 1 milyard 32 milyon 858.92 min dollar və ya 3.22%-lik pay ilə beşinci sırada yer alıb.