AZ

Dünyanın ən soyuq ölkələri - SİYAHI

Dünyanın bəzi bölgələrində soyuq hava müvəqqəti deyil, daimi xarakter daşıyır. Burada orta illik temperatur sıfırın xeyli altında qalır, infrastruktur uzunmüddətli şaxtalara uyğunlaşdırılıb, həyat tərzi isə qış mövsümü ətrafında qurulub. Lakin bu yerlərdə də iqlim dəyişikliyi getdikcə daha çox hiss olunur.

Milli.Az xəbər verir ki, "Cntraveler"in məlumatına görə, ən soyuq ölkələrin çoxu sürətlə isinməyə başlayıb. Bu, "qütb güclənməsi" adlı proseslə bağlıdır: qar və buz örtüyünün əriməsi Yer səthinin günəş şüalarını əks etdirmə qabiliyyətini azaldır. Nəticədə açılan torpaq və okean səthi istiliyi daha çox udur və isinməni sürətləndirir.

Ən soyuq yerlərin reytinqi (2025-ci ilin orta illik temperatur göstəricilərinə əsasən)

Antarktida (qitə) - orta tempratur -56,7°C
Rusiya (Sibir) - orta tempratur -5,4°C
Kanada (şimal bölgələri) - orta tempratur -4,8°C
Qrenlandiya - orta tempratur -3,6°C
Monqolustan - orta tempratur -0,9°C
Norveç (o cümlədən Svalbard) - orta tempratur 1,3°C
Qazaxıstan - orta tempratur 1,6°C
Finlandiya - orta tempratur 1,9°C
İslandiya - orta tempratur 2,0°C
ABŞ (Alyaska) - orta tempratur 2,1°C

İqlim dəyişikliyinin təsirləri

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qlobal istiləşmə bu ölkələrdə mütləq daha mülayim qışlar demək deyil. Əksinə, iqlim daha qeyri-sabit olur: yumşaq yanvarın ardınca güclü arktik soyuq gələ, mülayim hava isə qəfil qar fırtınaları ilə əvəz oluna bilər.

Bunun əsas səbəblərindən biri "strahlı axın" adlanan yüksək hündürlüklərdəki hava axınının zəifləməsi və yerini dəyişməsidir. Bu proses arktik soyuğun cənuba, isti havanın isə şimala doğru irəliləməsinə şərait yaradır, nəticədə mövsümlər arasında kəskin kontrastlar artır./Qaynarinfo 

Milli.Az

Seçilən
6
milli.az

1Mənbələr