AZ

Fransada məktəbliləri daşıyan avtobus aşıb

Fransanın cənub-qərbində yerləşən Cahors şəhərində məktəbliləri daşıyan avtobus aşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ici radiostansiyasının yaydığı məlumata görə, avtobus səhər saatlarında yoldan çıxaraq ağaca çırpılıb və aşıb.

Nəqliyyat vasitəsində əsasən orta və yuxarı sinif şagirdləri olmaqla 40-a yaxın sərnişin olub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, qəza nəticəsində 17 nəfər müxtəlif dərəcəli – əsasən yüngül və sınıq xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hadisənin başvermə səbəbi araşdırılır.

Eyni gündə oxşar bir faciəvi hadisə Qazaxıstanda da baş verib. Sentyabrın 11-də Manqistau vilayətinin Karakiyanski rayonu ərazisində, Senek kəndindən 90 km aralıda mikroavtobus aşıb.

Rəsmi məlumata görə, qəza nəticəsində 10 nəfər hadisə yerində həyatını itirib, daha 3 nəfər – sürücü və iki sərnişin – yaralanaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qazaxıstan hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb.

Seçilən
1
operativmm.az

1Mənbələr