AZ

Rusiyadan gələn neft və qazla vidalaşma: Aİ Trampın çağırışlarına cavab verdi

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Avropa İttifaqı artıq ABŞ prezidenti Donald Trampın tələb etdiyi kimi rus nefti və qazından tədricən imtina edir. 

Qaynarinfo "The Guardian”a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyu Trampın Rusiyaya qarşı kifayət qədər sərt olmayan sanksiyalarla bağlı sözlərinə cavabında jurnalistlərə bildirib. 

O, Aİ-nin artıq bir neçə ildir rus qazının idxalını azaltdığını xatırladıb.

"Rusiyadan gələn fosil yanacaqlardan mərhələli şəkildə imtina etmək – bu, bizim müharibənin əvvəlindən bəri çox aydın yol xəritəsi ilə həyata keçirdiyimiz və indi də konkret qanunvericilik təklifi ilə apardığımız işdir. Məqsədimiz hələ də Aİ-yə daxil olan qazdan mərhələli şəkildə imtina etməkdir... Bu, Avropa İttifaqının üzərində çox fəal işlədiyi və necə ediləcəyinə dair dəqiq yol xəritəsinə sahib olduğu məsələdir”, – deyə avro-məmur vurğulayıb.

Avropa Komissiyasının sözçüsü həmçinin təsdiqləyib ki, Rusiyaya qarşı 19-cu sanksiya paketi hələ ki "hazırlanır”, buna görə də üzv dövlətlərə təqdim edilməyib.

"Bloomberg”in məlumatına görə, Avropa İttifaqının Rusiyaya qarşı nəzərdə tutduğu 19-cu sanksiya paketinə ona yaxın rus bankı və enerji şirkəti düşə bilər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir daha Moskvanın əleyhinə yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib, lakin vurğulayıb ki, bunun üçün Brüssel Rusiyadan neft və qaz alışını dayandırmalıdır.

Amerikalı lider dəfələrlə Rusiyanı daha sərt sanksiyalar tətbiq edəcəyi ilə hədələyib, lakin bu hədələr sənədlərə çevrilməyib. Trampın "uyğun qərarın qəbuluna iki həftə” vaxt verəcəyinə dair cavabı isə artıq memə çevrilib. Bununla yanaşı, Vaşinqton 16 sentyabrdan etibarən Rusiya hərbi-sənaye kompleksinə məhsul tədarük edən bir sıra dünya şirkətlərinə qarşı yeni məhdudiyyətlər tətbiq edəcək. ABŞ Ticarət Nazirliyi onların siyahısını açıqlayıb. Yeni sanksiyalara Çindən 23, Türkiyədən 3, BƏƏ-dən 2, Hindistan, İran, Sinqapur və Tayvandan isə hərəsindən 1 şirkət düşüb.

Aİ isə rus enerji daşıyıcılarından mərhələli şəkildə imtina edir, lakin idxaldan sürətlə imtina məsələsində fikirlər bölünür. Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorgensen bildirib ki, 2028-ci ilə qədər rus qazından mərhələli şəkildə imtina planı, Aİ ölkələrinin bu müddətdə enerji qiymətlərində kəskin sıçrayışla və ya təchizat qıtlığı ilə üzləşməməsini təmin edəcək.

Eyni zamanda, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen qeyd edib ki, İttifaq Moskvanın əleyhinə yeni sanksiyalar çərçivəsində rus fosil yanacaqlarından daha sürətli imtina imkanını nəzərdən keçirir, lakin Brüsselin bunu necə edəcəyi barədə dəqiq məlumat verməyib.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
qaynarinfo.az

2Mənbələr