AZ

Can Holding əməliyyatında yeni mərhələ - 5 şübhəli saxlanıldı

Xəbər verdiyimiz kimi, Can Holdinqlə bağlı istintaq davam edir.


Manset.az-ın Türkiyə mediasıına istinadən əldə etdiyi xəbərər görə, istintaq çərçivəsində 10 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Aralarında Habertürk və Show TV-nin rəhbəri Kenan Tekdağın da olduğu 5 şübhəli saxlanılıb. Bu gün səhər saatlarında şübhəlilərdən birinin Ağrıda yaxalandığı bildirilib. Holdinqin rəhbərləri Mehmet Şakir Can və Kemal Can da daxil olmaqla 4 nəfər axtarışa verilib.

Bu səhər istintaqda yeni bir inkişaf baş verib. Nəzarətə alınan 5 şübhəli ədliyyəyə sövq edildi.

Can Holdinqlə bağlı araşdırmanı Küçükçekmece Respublika Baş Prokurorluğu aparır.

İstintaq çərçivəsində Habertürk və Show TV kimi yayım təşkilatları da daxil olmaqla 121 şirkət TMSF-ə təhvil verilib.

Seçilən
24
1
manset.az

2Mənbələr