AZ

Bakıda yol gölməçəyə çevrildi

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi ərazisində yaşayan sakinlər yol problemindən narazıdır.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, yağış yağandan sonra təmirsiz yollar keçilməz vəziyyətə düşür. Yoldakı çalalara su dolur və gölməçələr yaranır.

"Qəbirstanlıq tərəfdə vəziyyət çox pisdir. Bir az yağış yağan kimi yollar bu vəziyyətə düşür. Məktəblər açıldığı üçün halımız daha da çətinləşib. Uşaqları məcbur qalıb maşınla dərsə aparmalı oluruq".

Ərazidən kadrları təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
baku.ws

2Mənbələr