"Aston Villa"nın baş məşqçisi Unai Emeri "Mançester Yunayted"də Ruben Amorimi əvəz edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Give Me Sport" məlumat yayıb.
Bildirilir ki, Birmingem klubunda 2025/26 mövsümünə uğursuz başlanğıc fonunda Emerinin işi ilə bağlı narazılıq var ki, bu da "qırmızı şeytanlar"a ispaniyalı mütəxəssisin keçidinə imkan yarada bilər.
Hazırda "Mançester Yunayted" Premyer Liqa cədvəlində 4 xalla 14-cü, "Aston Villa" isə 2 xalla 19-cu yerdədir.