AZ

Pivə içənlər ağcaqanadların hədəfi olur - Təəccüblənəcəksiniz

İnsan vərdişləri həşəratların diqqətini çəkməkdə birbaşa rol oynayır.

E-saglam.az xəbər verir ki, BioRxiv portalının məlumatına görə, pivə içənlər xüsusilə bu baxımdan fərqlənirlər.

Niderlanddakı Radboud Universitetinin tədqiqatçıları böyük musiqi festivallarından birində qeyri-adi bir eksperiment aparıblar. Onlar səyyar pavilyon qurdular və bir neçə yüz tamaşaçını iştirak etməyə dəvət etdilər.

Könüllülər həyat tərzi, pəhriz və gigiyena vərdişləri haqqında məlumat verdilər. Daha sonra hər kəs əlini ağcaqanadların olduğu xüsusi qurğuya saldı və  dəri qoxusuna reaksiyaları quraşdırılmış kameralarla diqqətlə qeydə alındı.

Nəticələr maraqlı nümunə ortaya qoydu: testdən əvvəl pivə içənlərdə ağcaqanadlar 35% daha çox diqqət göstərdi və onları digərlərinə nisbətən daha tez-tez dişlədilər.

Alimlər izah edirlər ki, spirtli içkilər dəri ifrazatının kimyəvi tərkibini dəyişdirərək insanı ağcaqanadlar üçün daha cəlbedici edə bilər. Eyni zamanda, son bir neçə saatda duş qəbul etmək və günəşdən qoruyucu kremdən istifadə etmək bu təsiri azaldır və ağcaqanadların diqqətini cəlb etmə ehtimalını aşağı salır.

Ekspertlər həmçinin bildirib ki, bəzi məhsullarda həşəratları cəlb edən maddələr tapıla bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
3
e-saglam.az

1Mənbələr