BAKI, 15 sentyabr. TELEQRAF
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 8 milyard 396 milyon 5.89 min ABŞ dollar dəyərində 15 milyon 924 min 752.22 ton xam neft və xam neft məhsulları ixrac edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ən çox xam neft ixrac edilən ölkələr sırasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 4 milyard 801 milyon 518.97min dollar dəyərində 9 milyon 198 min 216.58 ton neft ixrac edilib.
İkinci yerdə Çexiya qərarlaşıb. Bu ölkəyə 1 milyon 217 min 841.38 ton məhsul ixrac edilib və ixracın ümumi dəyəri 653 milyon 375.34 min dollar olub. Üçüncü yeri isə Xorvatiya tutur. Bu ölkəyə ixrac edilən 919 min 870.22 ton xam neftin statistik dəyəri 497 milyon 444.69 min dollar təşkil edib.
Bundan əlavə, Almaniyaya 841 min 915.48 ton ( 445 milyon 304.60 min dollar ) , Rumıniyaya isə 778 min 615.54 ton (429 milyon 334.05 min dollar ) həcmində xam neft ixrac olunub.