AZ

Yerdə güclü maqnit qasırğası yaşanır

AzVision.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının məlumatına görə,planetdə geomaqnit vəziyyət həftənin sonuna qədər qeyri-sabit qalacaq.

“Geomaqnit vəziyyətin belə ciddi şəkildə pisləşməsinə səbəb planetin böyük tac dəliyindən yüksək sürətli günəş küləyi axınına daxil olmasıdır. Yer gecə yarısına yaxın bu bölgənin sərhədini keçib. Şərtlərin pisləşməsi faktı əvvəlcədən proqnozlaşdırılsa da, fırtınanın əsl gücü dünya kosmik agentlikləri üçün tam sürpriz olub”,- xəbərdə vurğulanır.

İlkin proqnozlar zəif G1 fırtınasının maksimum intensivliyini göstərirdi, lakin reallıqdaparametrlər gözləntiləri xeyli üstələyib.


Mütəxəssislər qeyd edirlər ki, məhz ilkin modellərdən fərqli olduğuna görə hadisənin gedişatının obyektiv riyazi qiymətləndirilməsi çətindir. İndiki güclü aktivlik növbəti 6-9 saat ərzində başa çatacaq, lakin Yerə yaxın fəzadaümumi qeyri-sabit vəziyyət qalacaq.

- Artan aktivliyin proqnozlaşdırılan müddəti ən azı 4-6 gün davam edəcək və maqnit sahəsinin həftənin sonundan tez olmayaraq tam normallaşması gözlənilir. Tac dəliyinin təsiri fasilələrlə özünü göstərəcək, bir sıra fərdi partlamalardan ibarət olacaq, onların arasında müvəqqəti sükut da qeydə alınacaq”, - astrofiziklər bildirirlər.

Beləliklə, yaxın günlərdə davamlı maqnit qasırğaları olmayacaq, lakin yüksək intensivlikli yeni partlayışlar istisna edilə bilməz.

Sahil İsgəndərov
AzVision.az


Seçilən
22
azvision.az

1Mənbələr