AZ

"Benfika"nın baş məşqçisi: "Qarabağ"a qarşı keyfiyyətli futbol oynayaraq qələbə qazanmaq istəyirik

BAKI, 15 sentyabr. TELEQRAF

"Futbolçularımın kifayət qədər motivasiyalı olduğunu hiss edirəm. Məqsədimiz keyfiyyətli futbol oynayaraq üç xal qazanmaqdır".

Teleqraf xəbər verir ki, bunu Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi Brunu Laje UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Qarabağ"la oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis komandasının hücum xəttini fərqləndirib: "Avropada ən yaxşı hücum futbolu oynayan kollektivlərdənik. Amma daha da aqressiv olmalıyıq. Lakin, üzərində işləməli olduğumuz tərəflər də var".

Seçilən
10
teleqraf.com

1Mənbələr